Şoltsla Ərdoğan arasında telefon danışığı oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Olaf Şoltsla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Məlumata görə, O.Şolts R.T.Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib və onu Almaniyaya səfərə dəvət edib.
“Kansler Almaniya ilə Türkiyə arasında sıx əlaqələri, NATO-da ortaq müttəfiqliyi vurğulayıb. Tərəflər hökumətlər arasında əməkdaşlığa gücləndirmək və ümumi prioritetlər barədə razılığa gəliblər. Digər məsələlərlə yanaşı, onlar Şərqi Aralıq dənizində vəziyyətin müsbət istiqamətdə dəyişməsini, NATO-da qəbul edilən qərarlar və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri üzərində birgə işləmək istədiklərini bəyan ediblər. Bu məqsədlə Federal Kansler yenidən seçilən Prezidenti Berlinə səfərə dəvət edib”, – deyə Almaniya Kanslerinin Ofisindən bildirilib.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
