Sülh danışıqlarında Brüssel formatının önəmi
Yeniliklərdən dərhal xəbərdar olun
"Brüssel formatı bir balaca əlavə dəstəkverici bir mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, bu günə qədər o, müəyyən dərəcədə uğurlu olub".
Bu fikirləri Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
Dövlət başçısı bu formatla Minsk qrupunun fərqindən də danışaraq deyib: “Bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün isə Fransa artıq yoxdur”.
Prezident qeyd edib ki, Fransa Avropa formatında o qədər də rəsmi vasitəçi deyil. Bu faktor müəyyən təzyiqləri aradan qaldırır, gərginliyi götürür ki, iki lider bir-biri ilə danışsın və bir-birinin mövqeyini daha yaxşı başa düşsün.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
