Sülh sazişi barədə təcili açıqlama | Paşinyan kimlərə od püskürdü?
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən sizə Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmaq imkanı verdim, bundan sonra cəmiyyətimizə nağıl danışmağa başladınız. Mən də sizə bu sənədə baxmağa qadağa qoydum və düzgün etdim”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlament saatı zamanı bildirib.
“Əvvəllər bir neçə müxalifət deputatı sənəd layihəsi ilə tanış olub və bundan sonra bir neçə siyasi bəyanatla çıxış edib, manipulyasiya etmək qərarına gəliblər. Buna görə “diplomatik etikaya” əsaslanaraq bu sənədi yayımlamaqdan imtina etmişik.
Mümkün saziş sülh müqaviləsinin icrasının gedişinə, diplomatik münasibətlərin qurulmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına nəzarət etmək üçün Azərbaycan-Ermənistan komissiyasının yaradılmasını nəzərdə tutur”, – deyə N.Paşinyan bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
