Pleyeri seçin:

Suriyadakı azərbaycanlılar Vətənə qaytarıldı | XİN-dən vacib məlumat

05 iyun 2024 386 baxış

Azərbaycan hökuməti tərəfindən görülən mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

“İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidinə nail olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib.

İyunun 4-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilən Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – deyə XİN-dən bildirilib.

Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI

Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 386 baxış
"TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV

"TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
"Müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır" | Prezident - Baku TV

"Müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarət altındadır" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
"Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV

"Ölkələrimiz inamlı iqtisadi artım nümayiş etdirir" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI

İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 386 baxış
Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
"Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir" | Prezident - Baku TV

"Azərbaycan dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkədir" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
"Ölkələrimizin potensialı kifayət qədər böyükdür" | İlham Əliyev - Baku TV

"Ölkələrimizin potensialı kifayət qədər böyükdür" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV

Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV

Siyasət
17 sentyabr 2026 386 baxış
Seçilmişlər
icon