Şuşada Qarabağ küçəsində qeyri-yaşayış binasının təməli qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.
Əvvəlcə Prezident İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır.
Qeyd edilib ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.
Sonra dövlət başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoyub.
#Şuşa teqi istifadə olunub
- Xarici qonaqlar Şuşanın görməli yerlərini gəzərək şəhərlə yaxından tanış olublar - Baku TV
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
