Tramp Ukrayna və digər Avropa ölkələri liderləri ilə görüşdə Azərbaycanla Ermənistanı misal gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna və Avropa liderləri ilə görüşdə Azərbaycan və Ermənistanı misal çəkib.
O, Almaniya kansleri Fridrix Mertsin “Rusiya atəşi dayandırmalıdır” fikrinə cavabında bildirib:
“Bundan əvvəl 6 müharibəni dayandırmışam, amma atəşkəs olmayıb. Ötən həftə iki gözəl ölkə – Azərbaycan və Ermənistan arasında 35 il davam edən müharibə olub və burada da atəşkəs olmayıb”.
Qeyd edək ki, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün avropalı liderlərlə görüşü yarımçıq dayandırıb. Bu barədə bir sıra xarici media orqanı xəbər verib.
Məlumata görə, təxminən 40 dəqiqə davam edən telefon danışığında tərəflər Ukrayna böhranının birbaşa formatda müzakirəsi və qarşılıqlı əlaqələrin davamı barədə razılığa gəliblər.
Telefon danışığından sonra Ağ Evdə baş tutan danışıqlar bərpa edilib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
