Pleyeri seçin:

Trampın diplomatik prioritetləri: Qafqaz və Orta Şərq | GLOBAL PANORAMA

01 fevral 2025 397 baxış

Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi ilə bu ölkənin xarici siyasətində və ümumilikdə qlobal siyasətdə gözlənilən dəyişikliklərdən, Amerika xalqının son seçiminin vəd etdiyi siyasi-iqtisadi perspektivlərdən bəhs edilib.

Bildirilib ki, ABŞ-nin 47-ci Prezidenti olan D.Tramp dövlət başçısı kimi ilk çıxışını edib və iddialı fikirlər səsləndirib:

“Məsələn, o vəd edib ki, Amerika çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq.

Bundan başqa, yeni Prezident ABŞ-nin təhlükəsizliyinin gücləndiriləcəyini, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan ediləcəyini, qanunsuz miqrant axınını dayandırmaq üçün oraya qoşun göndəriləcəyini, Panama kanalına nəzarətin bərpa ediləcəyini, ölkə ərazisinin genişləndirilməsinə və Marsın tədqiq edilməsinə çalışacağını bildirib.

D.Trampın daha bir maraqlı açıqlaması isə Amerika qanunvericiliyində yalnız kişi və qadın cinslərinin nəzərdə tutulması ilə bağlı olub”.

Vurğulanıb ki, D.Tramp ikinci hakimiyyəti dövründə qlobal siyasətdə yeni istiqamətlərə yol aça bilər. O, bir çox regionlarda, o cümlədən Orta Şərqdə və Cənubi Qafqazda ABŞ-nin siyasi-iqtisadi maraqlarını təmin etməyə çalışmaqla yeni dinamika yarada bilər:

“Əgər rəsmi Vaşinqtonun Cənubi Qafqazdakı maraqları enerji resurslarının davamlı nəqli və Rusiyadan yan keçən beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlıdırsa, Orta Şərqdə söhbət daha çox anti-İran ritorikasının və İsrailə dəstəyin gücləndirilməsindən gedə bilər.

D.Tramp həm də Rusiya-Ukrayna müharibəsinin dayandırılması, münaqişənin dondurulması istiqamətində qeyri-adi diplomatik təkliflər irəli sürə bilər.

Beləliklə, ABŞ-nin yeni Prezidenti qlobal balansı əsaslı şəkildə dəyişmək potensialına malikdir”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 397 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 397 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 397 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 397 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 397 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 397 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 397 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 397 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 397 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 397 baxış
Seçilmişlər
icon