Türkiyə Azərbaycana görə Avropa Parlamentinə etiraz etdi: Bu qərarı pisləyirik
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi “Azərbaycanın hücumundan sonra Dağlıq Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri” adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir”.
Bunu Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə ilə bağlı bəyanatında bildirib.
“İllərdir Türkiyəyə qarşı əsassız ittiham və iddialarla dolu qərarlar verən bir qrup populist Avropa Parlamenti üzvünün ölkəmizi hədəfə alan ritorikasına əsaslanan bu qərarı pisləyirik. Populizm, irqçilik, islamofobiya, multikulturalizmin və antiinteqrasiyanın getdikcə gücləndiyi Avropa siyasəti indiki tərkibi ilə AP-də bütün ifratları ilə özünü ifşa edir.
Beynəlxalq təşkilatla bağlı diləyimiz budur ki, səlahiyyət müddəti tezliklə başa çatacaq hazırkı AP-nin Aİ-nin fundamental dəyərlərinə sadiq olan konstruktiv, əhatəli və həssas nümayəndələrdən ibarət yeni tərkibdə olmasıdır”, – sənəddə qeyd olunub.
#Avropa Parlamenti teqi istifadə olunub
- İtkin düşən azərbaycanlıların ailələri Avropa Parlamentinin qarşısında aksiyada - Baku TV CANLI
- "Bizim birliyimiz hər birimizi gücləndirəcək" | Prezidentdən birlik mesajı - Baku TV
- "Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib" | İlham Əliyev - Baku TV
- Prezidentin Avropa Parlamentinə sərt tənqidi və Ukrayna ilə bağlı mesajı "Haber Global"da - Baku TV
- Ankara Avropa Parlamentinin sanksiya təşəbbüsünə etiraz edib
