Türkiyə hər zaman Azərbaycanın yanındadır | Ərdoğandan Bakı-İrəvan razılaşmasına münasibət
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-də Azərbycan və Ermənistan liderləri arasında əldə olunan razılaşma Cənubi Qafqazda daimi sabitliyə gedən yolda tarixi addım oldu”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad olunması ilə regionda onsuz da yeni mərhələ başlanmışdı. Azərbaycana tətbiq olunan məhdudiyyətlərin artıq aradan qalxması da sevindiricidir. Məmnunluğumuzu telefon danışığı zamanı bildirdim.
Bu gün eyni mövzunu Ermənistanın Baş naziri Nikol Paşinyanla danışdım. Bölgəmizdə nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin inkişafı bütün region ölkələrinin xeyrinə olacaq”, – o bildirib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
