Türkiyə-İsrail əlaqələrində artan etimad
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və Türkiyə dövlətləri arasındakı münasibətlərin əsası 1949-cu ilin mart ayında qoyulub. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir.
Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti nəticəsində Türkiyə ilə İsrail arasında əlaqələr son illər ərzində müsbət səmtdə qurulub.
İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri sayəsində yenidən yaranan isti münasibət artıq diplomatik müstəvidə də inkişaf edir. Bunun nəticəsi olaraq 2022-ci ildə hər iki ölkə rəhbərliyi qarşılıqlı olaraq səfirliklərin fəaliyyətə başlaması ilə bağlı qərar da qəbul edib.
İsrail Prezidenti İshaq Hersoq bildirib ki, Türkiyə ilə tam diplomatik münasibətlərin yenilənməsinin tərəfdarıdır.
“Bu, iqtisadi əlaqələri, qarşılıqlı turizmi, İsrail və Türkiyə xalqları arasında dostluğu inkişaf etdirəcək mühüm inkişafdır. Yaxşı qonşuluq münasibətləri və tərəfdaşlıq ruhu Yaxın Şərqdə hamımız üçün vacibdir. Bütün dinlərin nümayəndələri – müsəlmanlar, yəhudilər və xristianlar birlikdə sülh şəraitində yaşaya bilər və yaşamalıdırlar”, – deyə İsrail Prezidenti qeyd edib.
Bölgədəki siyasi tarazlıqlar baxımından da iki aparıcı güc olan Türkiyə və İsralin öz aralarındakı diplomatik əlaqələri bərpa etməsi gələcək münasibətlərin hər istiqamətdə inkişaf etdirilməsinə də müsbət təsir göstərəcək.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
