Türkiyə və İrandan ermənilər niyə Abarana köçürülüb? - Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində əvvəlki adı Baş Abaran, sonra Abaran, hazırda isə ermənilərin Aparan adlandırdığı rayon haqqında süjet hazırlanıb.
“Ermənilərin Aparan adlandırdığı oğuz yurdu” adlı süjetdə tarixən azərbaycanlıların yığcam yaşadığı Qərbi Azərbaycan adlı coğrafi məkanda, yəni indiki Ermənistan ərazisində 19 mahal üzrə 34 rayon mövcud olduğu bildirilir:
“Abaran mahalı ərazisində eyniadlı rayon 1858-ci il Qafqaz regionunun baş xəritəsində, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, eləcə də Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. XX əsrin əvvəllərinə qədər əhalisi azərbaycanlılardan ibarət olan bu rayona ermənilər əsasən 1914-1918-ci illərdə Türkiyənin Muş, Van, Ərzurum, Alaşkert və İranın Xoy vilayətlərindən köçürülüblər. Hazırda burada yalnız ermənilər yaşayırlar”.
Diqqətə çatdırılır ki, Abaran rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1935-ci il 3 yanvar tarixli fərmanı ilə Abaranın adı dəyişdirilərək Aparan qoyulub.
Ərazisi 816 kvadrat kilometr olan rayonun mərkəzi şəhər tipli Baş Abaran, yəni Abaran qəsəbəsidir. 1970-ci illərdə rayon ərazisinin bir hissəsi Hamamlı, indiki Spitak rayonunun bir hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu yaradılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə Abaran rayonu üzrə tarixi onlarla yer adı dəyişdirilib.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?
- Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV
- Tarixi kitabın təqdimatı keçirildi | İrəvan qazılığı barədə hansı məlumatlar toplanıb? - Baku TV
