Türkiyəli nümayəndədən Azərbaycana dəstək
Yeniliklərdən dərhal xəbərdar olun
“Regionda sabitlik və təhlükəsizlikdə bilavəsitə maraqlı olan ölkə kimi, həmçinin təşəbbüslərdə aktiv iştirak edən Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan “Laçın” yolu mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır”.
Bu sözləri Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal qurumun Təhlükəsizlik Şurasının iclasında deyib.
“Problemi kontekstə uyğun həll etməliyik. İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyada əleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqları nəzərə alınmayıb”, – deyə o diqqətə çatdırıb.
