Üç ölkənin parlament sədrləri bir arada
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərliyi ilə Türkiyə, Azərbaycan və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Görüş Antalyada keçirilən Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.
Mustafa Şəntop bidirib ki, regional məsələlərin həllində bölgə dövlətlərinin öz aralarında dialoqu davam etdirməsi vacibdir. Azərbaycan-Ermənistan məsələsinə toxunan M.Şentop Türkiyənin Azərbaycanı dəstəklədiyini, həmçinin Ermənistanla normallaşma prosesinə başlanıldığını xatırladıb.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslami Şura Məclisinin sədri Qalibaf da üçtərəfli formatın davam etdirilməsini dəstəkləyiblər. Bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, eləcə də enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar. Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.
#Parlament xəbərləri teqi istifadə olunub
- Heç bir müdaxilə yoxdur, hər kəs öz istədiyi namizədə... | Laçında səsvermədən görüntülər
- Bu seçkilər ilk dəfə olaraq... | Məzahir Pənahov hazırlıqlardan danışdı
- Fazil Mustafadan bələdiyyələrə təklif: Əziyyəti vətəndaş çəkir
- Millət vəkilləri Qənirə Paşayevanı yad etdi
- Milli Məclisdə 8 millət vəkilinin kreslosu boşdur
