Üçtərəfli görüşdə nələr müzakirə olundu?
Yeniliklərdən dərhal xəbərdar olun
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Bu barədə “Report”un Brüsselə ezam olunan əməkdaşı məlumat verib.
Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Danışıqlarda Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsi də müzakirə olunub. Görüş üç saata yaxın davam edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, iyulun 14-də Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfərə gedib. Şarl Mişel Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidentini qarşılayıb. Dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
