Üçtərəfli görüşün detalları məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş başa çatıb. “Caliber” Brüssel görüşündə müzakirə edilən əsas məqamlar barədə bir sıra məlumatlar əldə edib.
Məlumata görə, Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, həmçinin sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə edilib
Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan tərəfinin “Laçın” nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq cəhdləri müəyyən etməsi, Qarabağın erməni əhalisinin Azərbaycan Respublikasının suverenliyi altında və qanunları əsasında yaşaması məsələləri müzakirə edilən əsas mövzular olub.
Eyni zamanda Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi, Laçın yolunun Bərdə-Ağdam marşrutu ilə əvəz edilməsi ilə bağlı müzakirə aparılıb.
Görüşdə həmçinin Qərbi Azərbaycan İcmasının problemləri, bölgənin avtoxton əhalisi olan qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələləri gündəmdə olub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
