Pleyeri seçin:

Ukrayna Çinin sülh təklifini geri çevirdi

24 mart 2023 244 baxış

Bu günlərdə Çin lideri Si Cinpinin Rusiyaya səfəri çərçivəsində Ukrayna ilə danışıqlar üçün irəli sürdüyü təkliflər paketi regionda gündəmin aktual mövzusuna çevrilib.

Belə ki, rəsmi Pekin Moskvaya Ukraynadakı müharibənin dayandırılması ilə bağlı təkliflərini verib. Bu təkliflərin tam detalları açıqlanmasa da, paketdə Rusiya Ordusunun Ukrayna ərazisindən çıxarılmasına dair müddəanın olmadığı bildirilib.

Ekspertlər bunun Ukrayna üçün qəbuledilməz olacağını, bu halda isə Çinin növbəti addım kimi Rusiyanı dəstəkləyəcəyini proqnozlaşdırırlar.

Hazırkı duruma rəsmi Kiyevin reaksiyası gecikməyib. Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatı Yuri Kamelçuk bildirib ki, ölkəsinin ərazi bütövlüyünü təhdid edən istənilən təklif qəbuledilməzdir:

“Gələcəkdə nə olacağını görəcəyik. Amma indi Çinin irəli sürdüyü “sülh” təklifi qəbuledilməzdir. Çünki Rusiya tərəfdən heç bir konkret addım görmürük. Ukrayna üçün isə bir şey vacibdir: Rusiya qoşunlarının Ukrayna ərazisindən, o cümlədən Krım və Donbasdan tam çıxarılması, bütün hərbi əsirlərin təhvil verilməsi, ölkədən qaçırılmış mülki şəxslərin, uşaqların qaytarılması, reparasiya ödənişinin həyata keçirilməsi. Yalnız bundan sonra nədənsə danışmaq olar. Hələlik danışılası yalnız bir məsələ var: hərbi cinayətkar Putinin beynəlxalq tribunala, cinayət məhkəməsinə cəlb olunması”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 244 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 244 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 244 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 244 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 244 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 244 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 244 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 244 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 244 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 244 baxış
Seçilmişlər
icon