Pleyeri seçin:
Ukraynalı hərbi ekspertdən Ermənistan rəhbərliyinə mesaj
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın təxribatı gözlənilən idi. Bu nə ilkdir, nə də son”.
Bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko Ermənistanın törətdiyi növbəti hərbi təxribatlar barədə Baku TV-yə açıqlamasında deyib.
A.Kovalenko bildirib ki, sərhədin demilitarizasiyası ilə bağlı vacib qərarlar qəbul edilməlidir. “Qanunsuz silahlı birləşmələr və Ermənistan hərbçiləri hələ ki Qarabağdadır. Onlar problemlərin diplomatik yolla həll olunmaması üçün vaxtaşırı təxribatlar törədəcəklər”, – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, Ermənistan bu təxribatları istənilən diplomatik səyləri tamamilə pozmaq məqsədilə edirlər. Amma bütün bunlar Ermənistan üçün yaxşı nəticələnməyəcək.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
