Ukraynalılar dəstəyinə görə Ərdoğana minnətdardır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada 1 ildən çoxdur davam edən müharibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aparıcı fiqura çevrilməsi hər kəsə məlumdur. Türkiyənin birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, Ukraynaya istər hərbi, istərsə də humanitar yardım baxımından dəstəyi bunu əsaslandıran amillərdəndir.
Qardaş ölkə prezidentinin verdiyi dəstəyi yüksək qiymətləndirən ukraynalılar Baku TV-nin Şərqi Avropa bürosu vasitəsilə ona təşəkkür ediblər.
“Müharibənin ən qaynar mərhələsində Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatlarını tədarük etməsini xalqımız çox xoş qarşılayıb. Bu PUA-ların bizə böyük yardımı dəyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan unikal insandır, çünki həmişə ölkəsinin maraqlarını qoruyur”, – deyə Kiyev sakini vurğulayıb.
Qeyd edək ki, cari ilin mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkiləri beynəlxalq ictimaiyyətin olduğu kimi, Ukraynanın da diqqətindədir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
