Pleyeri seçin:

Ukraynanın taleyi niyə Ukraynasız həll edilir? - Avropa təhlükədə | HƏRBİ XRONİKA

15 fevral 2025 391 baxış

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında birbaşa danışıqlar, Ukrayna məsələsinin həllində mühüm mərhələni təşkil edə bilər.

Bəs bu proses necə inkişaf edəcək? Avropa İttifaqı, Böyük Britaniya, Çin öz maraqları və ambisiyaları ilə bu məsələyə müdaxilə edə bilərmi?

Baku TV-də yayımlanan “Hərbi Xronika” rubrikasında jurnalist Fərdin İsazadə bu suallara aydınlıq gətirib.

Rusiya və ABŞ liderləri arasında keçirilən son telefon danışığının geniş müzakirələrə səbəb olduğunu deyən hərbi jurnalist bildirib ki, bu, Avropada iki güclü dövlətin yaxınlaşması və nəticədə Ukraynanın mövqeyinin yenidən qiymətləndirilməsi təhlükəsi kimi narahatlıq doğurub.

Fərdin İsazadə qeyd edib ki, V.Putin və D.Tramp arasındakı birbaşa danışıqlar daha geniş qlobal razılaşmanın bir hissəsi ola bilər:

“Çox güman ki, Ukraynadan NATO-ya üzvlüklə bağlı güzəştlər tələb ediləcək. Rusiya isə Krım da daxil olmaqla əldə etdiyi ərazilərdə nəzarəti özündə saxlayacaq. Bu isə artıq yeni dünya nizamının yaranması deməkdir. Ancaq belə bir ssenari Avropanın təhlükəsizliyi üçün də ciddi risklər yaradır.

Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələr Avropada aparıcı rolunu və təhlükəsizliyi təmin etmək məqsədilə mübarizəyə davam edəcəklər. Xüsusilə Böyük Britaniya özünün tarixi və geosiyasi maraqları çərçivəsində Ukrayna üçün maksimum mümkün təhlükəsizlik və müstəqillik zəmanətlərinə nail olmağa çalışacaq”.

Hərbi jurnalist əlavə edib ki, sözügedən ölkələr prosesi seyr edərkən Çin artıq sülhməramlı rolunda V.Putin və D.Tramp arasında danışıqlar üçün öz ərazisini təklif edib və oyuna daxil olub:

“Görüşün Çində və ya başqa yerdə keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki bu təklifin arxasında Ukrayna münaqişəsinin həllinə yardım etmək istəyindən daha çox, Çinin qlobal proseslərdə fəal iştirak etmək iddiası durur.

Bu ölkənin iqtisadi gücü və qlobal səhnədə artan siyasi təsiri Pekinə sözügedən fürsətdən istifadə edərək maraq dairəsində olan bölgələrdə öz mövqelərini gücləndirmək imkanı verir, xüsusən Tayvan, Cənubi Çin dənizi, Aksay Çin, Tibet və Sincan kimi strateji ərazilərdə”.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 391 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 391 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 391 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 391 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 391 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 391 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 391 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 391 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 391 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 391 baxış
Seçilmişlər
icon