Ukraynaya növbəti humanitar yardım Bakıdan yola salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutduğu elektrik avadanlıqlarından ibarət yükün növbəti hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Yardımın göndərilməsini Prezident İlham Əliyevin Sərəncamına əsasən Energetika Nazirliyi təmin edir.
Məlumata görə, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir.
Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
#Humanitar yardım teqi istifadə olunub
- İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR
- Azərbaycandan Ukraynaya humanitar yardım | Əməkdaşımız detalları açıqladı - Baku TV
- Hörmüz boğazında yalnız humanitar yardımla bağlı keçidə icazə verilib
- "Münasibətlər daha da inkişaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV
- 310 milyon dollar humanitar məqsədlər üçün istifadə olunacaq
