Pleyeri seçin:
Azərbaycandan Ukraynaya humanitar yardım | Əməkdaşımız detalları açıqladı - Baku TV
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Zelenskidən xəbərdarlıq
- Ukrayna və Fransa liderləri pilotların təlimi barədə razılığa gəliblər
- Rusiyanın hücumları nəticəsində Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsi vurulub - Baku TV CANLI
- Cəbhədə qeydə alınan 204 toqquşma fonunda Pokrovsk istiqamətində nələr baş verir?
- Zelenskidən müharibə ilə bağlı açıqlama | Sürücülərə xəbərdarlıq - Baku TV CANLI
