Pleyeri seçin:

Vardan Qukasyan Rusiya sülhməramlılarını onları "qorumamaqda" günahlandırıb

23 avqust 2023 353 baxış

Rusiyaya qarşı sərt çıxışları ilə tanınan erməni fəal Vardan Qukasyan növbəti dəfə Rusiya sülhməramlılarını təhqir edib.

O, şəxsi “Youtube” kanalında paylaşdığı videoda sülhməramlıları guya aclıqdan əziyyət çəkən Qarabağ ermənilərini qorumamaqda ittiham edib.

“Məni qorumaq üçün göndərilmiş hərbçilər burada gündə 4 dəfə qidalanırlar, amma məni qorumurlar. Mən onları başa düşə bilmirəm! Bütün gün yemək yeyirlər, darvazanın bu tərəfində olan ermənilərin ac olmalarına isə göz yumurlar. Hansı sülhməramlı kontingentdən söhbət gedə bilər? Əşyalarınızı toplayın və rədd olun buralardan!”, – deyə erməni fəal bildirib.

Məsələni şərh edən rusiyalı politoloq Sergey Markov bildirib ki, ermənilər məqsədlərinə çatmaq üçün hər yola əl atırlar: “Ermənistan hakimiyyəti artıq dərk edib ki, Qarabağ Azərbaycana məxsusdur və tamamilə Azərbaycanın nəzarəti altına keçməlidir. Hazırda onları qıcıqlandıran bir neçə məqam var, ərazidən çıxmaq istəmirlər çünki bilirlər ki, onları Ermənistanda heç də yaxşı günlər gözləmir. Qarabağda qalmaq istəyirlər, lakin Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Onlar səs-küy salmaqla Fransanı və Avropa İttifaqını əraziyə cəlb etmək istəyirlər. Elə bilirlər ki, onlar Ermənistana kömək edə biləcəklər. Bütün bunların fonunda həm də başa düşürlər ki, 3-cü Qarabağ müharibəsi başlasa bu, ermənilərin sonu demək olacaq. Özlərinin Azərbaycana cavab verməyə gücləri çatmadığı üçün Rusiya sülhməramlılarından istifadə etmək istəyirlər. Nə Rusiya Prezidenti Vladimir Putin, nə də sülhməramlılar onların əvəzinə vuruşmaq istəyir. Ermənilər başa düşürlər ki, Rusiya daha onlara kömək etməyəcək, ona görə də artıq təhqirə keçiblər”.

S.Markov həmçinin qeyd edib ki, Ermənistan illərdir dəstək aldığı Rusiyadan üz döndərərək Fransa ilə yaxınlıq etməyə başlayıb, lakin rəsmi Parisdən hələ də ciddi yardım ala bilməyib.

Banner
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 353 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 353 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 353 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 353 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 353 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 353 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 353 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 353 baxış
“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

“Haber Global”dan Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı süjet - Baku TV

Siyasət
09 noyabr 2026 353 baxış
ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

ABŞ Xəzərdə hərbi əməliyyata cəhd edə bilərmi? | "Dəmir Qapı" İranı tam blokadaya salacaq? - Baku TV

Siyasət
09 noyabr 2026 353 baxış
Seçilmişlər
icon