Vardanyana görə Putinə təzyiq: Kremldən Vardanyan açıqlaması gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
“Putin Əliyevlə Vardanyanın taleyini müzakirə etməyib”. Bu barədə Dmitri Peskov bildirib.
“Vardanyanın taleyi kimi maraqlandırır? Kremlə maraqlı deyil. Lakin Rusiya elitasının böyük bir hissəsi Vardanyan və onun dostlarından pul alırdı və almağa davam edir. Məhz bu insanlar Rusiyanı daim Vardanyanı fəal müdafiəyə sövq etməyə çalışırlar”.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Amma Putin üçün ən önəmlisi odur ki, Rusiya üçün çətin anlarda Vardanyan Rusiya vətəndaşlığından imtina edib. Yəqin ki, milyardlarını anti-Rusiya sanksiyalarından çıxarmaq üçün. Ona görə də Vardanyan indi Putin üçün yad adamdır. Vardanyandan pul alanlar isə Kremlə təzyiq göstərirlər. Lakin Putin onlara “yox” deyir”, – o bildirib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
