Vatikanda Müqəddəs Komodilya katakombalarının açılışı | Mehriban Əliyeva mərasimdə iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda olub və Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Müqəddəs Komodilya katakombalarının açılış mərasimində iştirak edib. Erkən xristianlıq dövrünə aid olan və Felisio ilə Adauktus adlı əzabkeşlərin dəfn olunduğu yer kimi tanınan bu katakomba uçmaq təhlükəsi altında idi. Heydər Əliyev Fondunun dəstəyi sayəsində böyük arxeoloji dəyərə malik abidə qorunub saxlanılıb. Mərasimdə çıxış edən Mehriban Əliyeva Azərbaycanın müxtəlif dinlərin harmoniyada yaşadığı məkan olduğunu vurğulayıb. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının rəhbərləri Monsenyor Paskuale Yakobone və kardinal Canfranko Ravazi görülən işlərə görə Heydər Əliyev Fonduna dərin təşəkkürlərini bildiriblər.
#Mehriban Əliyeva teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
- Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
