Vizanı pulsuz necə əldə etmək olar? | COP29-la bağlı mühüm yenilik
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçən iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”nı tətbiq edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, “COP29 Xüsusi Viza” rəsmi portal vasitəsilə tam onlayn ərizə təqdim edildikdən sonra və ya Azərbaycanın diplomatik nümayəndəlikləri, həmçinin konsulluqlarına tam ərizə təqdim edildikdən sonra 3 iş günü ərzində veriləcək. Vizanın bitmə tarixi “COP29 Xüsusi Viza”sında göstərilib. Viza sahibi vizanın bitmə tarixindən əvvəl Azərbaycanı tərk etməlidir.
Rəsmi elektron viza portalı vasitəsilə “COP29 Xüsusi Viza” üçün müraciət etmək qərarına gələn turist link vasitəsilə viza portalına daxil olduqdan sonra formanı doldurub tələb olunan sənədləri yükləyir və təsdiq üçün ərizəni təqdim edir. Təsdiq edildikdən sonra həmin turist “COP29 Xüsusi Viza”nı endirmək üçün linki olan viza təsdiqi e-poçtu alacaq.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
