Pleyeri seçin:

Xaçmaz rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi

10 iyul 2025 596 baxış

Xaçmazda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı olub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. “Qərbi Azərbaycan İrsi” kitabı təkcə tarixə işıq salmaqla kifayətlənmir, həm də beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu kitab haqqında ətraflı məlumat verib.

O qeyd edib ki, bu nəşr Qərbi Azərbaycanla bağlı aparılan fundamental araşdırmaların ilk mərhələsidir. Kitab “Çikaqo 17” elmi üslubunda hazırlanıb və Azərbaycan, rus, ingilis dillərində nəşr edilib.

Çıxış edənlər belə tədqiqatların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyini vurğulayıblar.

Tədbirdə həmçinin “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanan videoçarx nümayiş olunub.

"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 596 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
26 sentyabr 2026 596 baxış
"Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV

"Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV

Siyasət
26 sentyabr 2026 596 baxış
"Milli valyutamız 2017-ci ilin aprelindən sabitdir, indidən sonra da...” | Prezident - Baku TV

"Milli valyutamız 2017-ci ilin aprelindən sabitdir, indidən sonra da...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 596 baxış
Prezident: “Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq” - Baku TV

Prezident: “Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq” - Baku TV

Siyasət
26 sentyabr 2026 596 baxış
"Bunlar edilməsə, gələcək haqqında danışmaq çətin olar" | Prezident forumda çıxış etdi - Baku TV

"Bunlar edilməsə, gələcək haqqında danışmaq çətin olar" | Prezident forumda çıxış etdi - Baku TV

Siyasət
26 sentyabr 2026 596 baxış
Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda - Baku TV CANLI

Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda - Baku TV CANLI

Siyasət
26 sentyabr 2026 596 baxış
Ticarətdən bərpa olunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV

Ticarətdən bərpa olunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV

Siyasət
26 sentyabr 2026 596 baxış
Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 596 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 596 baxış
Seçilmişlər
icon