Pleyeri seçin:

Xalqımız sıxışdırılır | Yeni Kaledoniya XİN rəhbərindən çağırış

24 may 2024 375 baxış

Mayın 24-də Fransanın "L`Humanite" (LÜMANİTE) jurnalında Yeni Kaledoniyanın xarici işlər naziri Mişel Forestin müsahibəsi dərc olunub.

Nazir qeyd edib ki, Yeni Kaledoniya 1986-cı ildən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında yer alır.

BMT Baş Assambleyası hər il Yeni Kaledoniya, habelə Fransız Polineziyasının dekolonizasiyası ilə əlaqədar qətnamələr qəbul edir. Yeni Kaledoniyadakı vəziyyəti tənzimləyən Numea Sazişinə görə, BMT bu prosesi yaxından izləməlidir.

Xarici işlər naziri BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin dəvəti ilə Venesuelada bu günlərdə baş tutmuş regional tədbirində iştirakını xatırladaraq Yeni Kaledoniyada cərəyan edən iğtişaşlar barədə tədbir iştirakçılarını məlumatlandırdığını, vəziyyətin yerində düzgün qiymətləndirilməsi üçün Yeni Kaledoniya hökumətinin BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsindən əraziyə missiya göndərməsini xahiş etdiyini bildirib.

2015-ci ildən bəri 9 belə missiyanın təşkil edildiyini bildirən nazir Fransa dövləti tərəfindən təşkil edilən seçki saxtakarlığını pislədiklərini vurğulayıb.

"Fransa metropoliyasından insanların kütləvi şəkildə gətirilməsi seçkilərin saxtalaşdırılması, yerli kanak xalqının sıxışdırılması ilə nəticələnir", – deyə nazir əlavə edib.

“Fransanın beynəlxalq hüququ pozduğunu” deyən Forest Kanaki-Yeni Kaledoniya məsələsinin Fransanın daxili işi olmadığını bildirib. O, qarşıdakı günlərdə Yeni Kaledoniyanı dəstəkləyən parlament üzvləri ilə görüş keçirmək üçün Avropaya səfər edəcəyini diqqətə çatdırıb.

Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərlə bağlı Sakit Okean Adaları Forumu, Papua-Yeni Qvineya, Melaneziya Təşəbbüs Qrupu və digər ölkələr, beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin göstərildiyini əlavə edib.

Sonda M.Forest Yeni Kaledoniya və Azərbaycan arasındakı münasibətlərə dair verilən suala cavab olaraq bildirib ki, Yeni Kaledoniya hökumətinin heç bir ölkə ilə problemi yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının sədri olub. Hərəkat hər zaman bizi dəstəkləyib və bizim orada müşahidəçi statusumuz var.

"Ölkədə sabitlik məhz o vaxt yaradıldı" | Heydər Əliyevin dönüşü ilə dəyişən tarix - Baku TV

"Ölkədə sabitlik məhz o vaxt yaradıldı" | Heydər Əliyevin dönüşü ilə dəyişən tarix - Baku TV

Siyasət
10 may 2026 375 baxış
Prezidentin Zəngilan sakinləri ilə səmimi anları - Baku TV

Prezidentin Zəngilan sakinləri ilə səmimi anları - Baku TV

Siyasət
10 may 2026 375 baxış
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb

Siyasət
10 may 2026 375 baxış
"Boşboğazlıqdan başqa heç nə yoxdur" | Prezidentdən revanşist dairələrə xəbərdarlıq - Baku TV

"Boşboğazlıqdan başqa heç nə yoxdur" | Prezidentdən revanşist dairələrə xəbərdarlıq - Baku TV

Siyasət
10 may 2026 375 baxış
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - Baku TV

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - Baku TV

Siyasət
10 may 2026 375 baxış
Prezident Zəngilanda yaşayış kompleksinin açılışında iştirak edib

Prezident Zəngilanda yaşayış kompleksinin açılışında iştirak edib

Siyasət
10 may 2026 375 baxış
Ermənistanda seçki öncəsi gərginlik: Azərbaycana qarşı revanşizm artır? - Baku TV

Ermənistanda seçki öncəsi gərginlik: Azərbaycana qarşı revanşizm artır? - Baku TV

Siyasət
10 may 2026 375 baxış
İlham Əliyev Zəngilanda təməlqoyma mərasimində iştirak etdi - Baku TV

İlham Əliyev Zəngilanda təməlqoyma mərasimində iştirak etdi - Baku TV

Siyasət
10 may 2026 375 baxış
Azərbaycandan Ermənistana yanacaq göndərildi | 16 vaqon yola salındı - Baku TV

Azərbaycandan Ermənistana yanacaq göndərildi | 16 vaqon yola salındı - Baku TV

Siyasət
10 may 2026 375 baxış
"Bütün çıxışlarını Qarabağla başlayırdı" | Heydər Əliyevin şəxsi mühafizəçisinin xatirələri

"Bütün çıxışlarını Qarabağla başlayırdı" | Heydər Əliyevin şəxsi mühafizəçisinin xatirələri

Siyasət
10 may 2026 375 baxış
Seçilmişlər
icon