Xankəndidəki vətəndaşlarımıza humanitar yardım üçün ən qısa yol
Yeniliklərdən dərhal xəbərdar olun
Humanitar məsələrin həlli istiqamətində danışıqların aparılması Azərbaycanla Ermənistan arasında Brüssel formatında keçirilən görüşlərin mühim tərəflərindən biridir. Təsadüfi deyil ki, sonuncu Brüssel görüşündə də Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınmasının istiqamətinin dəyişdirilməsi də müzakirə edilib. Bu dəfə Avropa İttifaqı alternativ yoldan istifadənin mümkünlüyünü də təsdiqlədi. Bu məqsədlə isə Bərdə-Ağdam avtomobil yolu istifadə edilə bilər.
Əslində, Xankəndiyə ən qısa və rahat yol da məhz bu yoldur. Lakin sağ əlləri ilə sol qulaqlarını qaşımağa meyilli olan beynəlxalq təşkilatlar və Qarabağdakı separatçılar bu şərti eşidəndən sonra ciddi təşvişə düşüblər. İndiyədək Dövlət Sərhəd Xidməti Qızıl Xaçlı maşınlarda “humanitar yardım” adı altında qaçaqmalların keçirilməsi cəhdinin qarşısını dəfələrlə alıb. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə edilən xəbərdarlığa baxmayaraq, nəinki zəruri addımlar atılmayııb, hətta bu qanunsuz əməllər təkrarlanıb. Belə olan halda həm ermənilərin, həm də havadarlarının yeni yolun istifadəyə düşməsinə görə niyə narahat olduqlarını anlamaq çətin deyil.
Bərdə-Ağdam avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, həm də bölgədə turizmin inkişafına təsir edəcək, yük və sərnişin daşımalarında əsas rol oynayacaq, yük həcminin çoxalmasına və gəlirlərin artmasına imkan yaradacaq.
#Brüssel görüşü teqi istifadə olunub
- Caliber.az Brüssel görüşü ilə bağlı məqalə yaydı
- Brüssel toplantısı hansı nəticə ilə başa çatdı? | Təəssüf ki, hər şey göstərir ki…
- Ermənistan Azərbaycana qarşı iddialarını yenidən irəli sürəcək... | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Son qərar heç nəyi dəyişməyəcək | İrandan Brüssel görüşünə sərt münasibət
- Paşinyan üçtərəfli görüşlərin əleyhinədir | Məqsəd nədir?
