Pleyeri seçin:

Xarici qüvvələr nəyə çalışır? - QAİ mühüm bəyanat yaydı

19 sentyabr 2024 444 baxış

Qərbi Azərbaycan İcması bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb.

Bu barədə icmanın yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür:

“Bu tədbirlə Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa son qoyub və ölkənin suverenliyini tam bərpa edib. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin edib. Beləliklə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla tamamlanıb. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür”.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməyib, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə edib. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.

“Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi işıqda göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd edirlər. Biz bu qüvvələrdən beynəlxalq hüquq normalarına hörmət etməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik. Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq”, – deyə bəyanatda deyilir.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 444 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 444 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 444 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 444 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 444 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 444 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 444 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 444 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 444 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 444 baxış
Seçilmişlər
icon