Xəzər regionunun lider ölkəsi
Yeniliklərdən dərhal xəbərdar olun
“Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 geqavat təşkil edir ki, bu da yaxın gələcəkdə Azərbaycanı “yaşıl enerji” ixracatçısına çevirə biləcək”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.
“Azərbaycan bu gün Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir və biz həmçinin yeni tankerlər və yük gəmiləri hazırlayırıq. Eyni zamanda yük dövriyyəsinin həcminin 15 milyon tondan 25 milyon tona çatdırılması məqsədilə Ələt dəniz limanının müasirləşdirilməsi işləri aparılır.
Bütün bunlar Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yüklərin sabit və operativ çatdırılmasını təmin etmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda Xəzər dənizinin nəqliyyat potensialının artırılmasına mühüm töhfə verəcək”, – o bildirib.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
