XİN beynəlxalq qurumlara çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici İşlər Nazirliyi aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını pisləyib. Nazirliyin sözçüsü Ayxan Hacızadə bununla bağlı Baku TV-yə açıqlama verib.
Bildirib ki, Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyirik. Ermənistan hökuməti tədbiri təşkil edən tərəf olaraq bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.
“Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir”, – deyə o qeyd edib.
Ayxan Hacızadə həmçinin beynəlxalq qurumları dövlət bayrağımızın yandırılmasını təşkil edənlərə qarşı qanun çərçivəsində müvafiq cəza tədbirləri görməyə çağırıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
