XİN-dən Qarabağdakı mina xəritələri ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın təqdim etdiyi mina xəritələrinin yararsız və natamamlığı dəfələrlə bildirilib.
Bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Qeyd olunub ki, Azərbaycan XİN Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mina xəritələrinin təqdim olunması niyyəti barədə 25 yanvar tarixli bəyanatını qeydə alıb.
"Azərbaycan dəfələrlə həm 2020-ci il Vətən müharibəsindən əvvəl, həm də postmünaqişə dövründə Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini tələb edib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur.
Təqdim edilən bu xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur.
Son illərdə mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib", – XİN-in açıqlamasında bildirilib.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
