XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov albaniyalı həmkarı Ferit Hoxha ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"C.Bayramov albaniyalı naziri təyinatı münasibətilə təbrik edib və bu mühüm vəzifədə ona uğurlar arzulayıb", – məlumatda qeyd olunub.
Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Fikir mübadiləsi siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələrini əhatə edib.
Dostluq, qarşılıqlı hörmət və faydalı tərəfdaşlığa əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi əməkdaşlıq və həmrəyliyin əhəmiyyəti qeyd edilib.
Regional və beynəlxalq təhlükəsizlik çağırışlarının həllində dialoq və diplomatiyanın rolu isə xüsusi vurğulanıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
