Pleyeri seçin:

Xocalı barədə gizlədilən gerçəklər | Erməni mənbələrindən üzə çıxan faktlar - Baku TV

26 fevral 2026 555 baxış

“Qarabağ xronikası” verilişinin yeni buraxılışında Xocalı soyqırımından bəhs olunub.

Bildirilib ki, Xocalıya hücum dörd istiqamətdən həyata keçirilib və əməliyyata hərbi cinayətkar Arkadi Ter-Tadevosyan rəhbərlik edib.

Plana görə, ilk zərbələr Təzəbinə və Xankəndi istiqamətlərindən endirilməli, Xankəndidən irəliləyən silahlılara isə SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayı və 622 saylı kimyəvi müdafiə taboru atəş dəstəyi verməli idi.

Əməliyyatın başlanmasına siqnal kimi nəzərdə tutulan 152 millimetrlik haubitsadan artilleriya atəşi və “selitra” yüklü vaqonun partladılması baş tutmadığından hücum planlaşdırıldığı kimi başlamayıb. Nəticədə, Mehdibəyli istiqamətində mövqelənən silahlı dəstələr Xocalı əhalisinə qarşı hücuma keçib, ikinci fazada hava limanı nəzarətə götürülüb. Hava limanının müdafiəsinə Milli Qəhrəman Əlif Hacıyev rəhbərlik edib və ilk saatlardan ciddi müqavimət göstərilib. Qüvvələrin qeyri-bərabərliyi və kənardan dəstəyin olmaması səbəbindən müdafiəçilər geri çəkilməyə məcbur qalıb.

Üçüncü fazada Kətik istiqamətində hücuma keçən silahlılar Ağdam–Xankəndi yolunun Xocalıdan keçən hissəsini nəzarətə götürərək şəhərin mərkəzinə daxil olublar. Şəhəri tərk etməyə çalışan mülki əhali müxtəlif marşrutlarla – Qarqarçay vadisi, Əsgəran körpüsü, Kətik meşəsi, Şelli və Naxçıvanlı istiqamətlərində hərəkət etsə də, bir çoxu pusqu və atəşə məruz qalıb.

Ümumilikdə qətliam 80 kvadratkilometr ərazidə törədilib, əməliyyat zonasını da nəzərə aldıqda bu rəqəm 245 kvadratkilometrə çatıb və blokada şəraitində olan Xocalını xilas etməyə yönəlmiş planların heç biri mərkəzi hökumət tərəfindən həyata keçirilməyib.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 555 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 555 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 555 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 555 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 555 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 555 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 555 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 555 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 555 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 555 baxış
Seçilmişlər
icon