Xocalı sakinləri İlham Əliyevə təşəkkür etdi
Xəbər verdiyimiz kimi, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ölkə başçısı görüşdə sakinlərin fikirlərini dinləyib.
“Sizə təşəkkür edirik, cənab Prezidentimiz. Otuz iki il öncə biz Xocalıdan məğlub çıxmışdıq, soyqırımına məruz qalmışdıq. Otuz iki ildən sonra biz Xocalıya qalib olaraq gəlmişik və bu qalibiyyəti bizə qazandıran Siz olmusunuz. Sizin rəhbərliyiniz, Sizin sərkərdəliyiniz, Sizin müdrik siyasətiniz biz xocalılılara, bütün Azərbaycan xalqına, bütün Türk dünyasına bu qələbəni qazandırıb. Var olasınız, bütün xocalılılar adından Sizi öpürük, bağrımıza basırıq. Təşəkkür edirik, cənab Prezident, var olasınız”, – Xocalı sakini deyib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
- Prezident BMT qətnamələrinin icrası üçün mexanizmin vacibliyini vurğulayıb - Baku TV
- Qələbə qazanmaq və sülhə nail olmaq | Azərbaycanın nümunəvi yolu - Baku TV
