Xocalıdakı faciələri unutmayacağıq! - Türkiyədən dəstək paylaşımları
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə nazirliyin rəsmi sosial media hesabında qeyd olunub.
“26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalıda mülki şəxslərə qarşı həyata keçirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, – deyə paylaşımda bildirilib.
“Bitməyən ağrı, Xocalı soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”.
Bu sözləri isə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı sosial şəbəkə hesabında yazıb.
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da Azərbaycana qarşı törədilən amansız cinayətə qarşı səssiz qalmayıb.
“1992-ci il fevralın 26-da Xocalıda qadın, kişi, yaşlı, uşağa fərq qoymadan vəhşicəsinə öldürülən qardaşlarımızın kədərini ürəyimizdə hiss edirik”, – deyə sədr qeyd edib.
"32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda törədilən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq".
Bu sözlərlə isə qardaş ölkənin sabiq xarici işlər naziri, Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu çıxış edib.
“Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, – deyə o qeyd edib.
Qardaş ölkənin Müdafiə Nazirliyi də ölkəmizə başsağlığı verib.
“Qəlbləri yandıran vəhşət, Xocalı qətliamı… 32 il bundan əvvəl Xocalıda amansızca öldürülən soydaşlarımıza Allahdan rəhmət diləyir, azərbaycanlı qardaşlarımızın kədərini biz də paylaşırıq”, – deyə nazirliyin sosial media hesabında paylaşım edilib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
