Pleyeri seçin:
Xocavənddə erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub.
Kopyalandı
#Xocavənd teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV
- Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV
- Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV
