Pleyeri seçin:

YAP Fransanın ittihamlarına belə cavab verdi

22 may 2024 505 baxış

Fransanın Xarici Rəqəmsal Müdaxilələrdən Müdafiə üzrə Dövlət Xidmətinin Yeni Kaledoniya hadisələri ilə bağlı Yeni Azərbaycan Partiyasını ittiham etməsi cavabsız qalmayıb.

“YAP-ı sosial şəbəkələrdə saxta məlumatlar yaymaqda və sistemli qaralama kampaniyası aparmaqda ittiham edənlər qərəzlidirlər”.

Bu fikirləri partiyanın Mərkəzi Aparatının şöbə müdiri Nurlan Qələndərli bildirib.

O qeyd edib ki, Azərbaycan söz, fikir və ifadə azadlığının təmin edildiyi demokratik ölkədir:

“Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri siyasi plüralizmdir. Yəni partiya üzvləri ictimai-siyasi məsələlərlə əlaqədar öz fikirlərini kütləvi informasiya vasitələrində və sosial mediada sərbəst ifadə edə bilərlər”.

Nurlan Qələndərli vurğulayıb ki, bu gün sosial medianın müxtəlif seqmentlərinə, xüsusilə də “X” və “Facebook” platformalarına nəzər saldıqda Fransanın ondan 17 000 kilometr uzaqda yerləşən Yeni Kaledoniyada mütərəqqi dünyanın sivil dəyərlərinə zidd həyata keçirdiyi neokolonialist siyasətinin müxtəlif ölkələrdən olan insanların tənqidinə məruz qaldığını, ciddi etiraz və narazılıqlarla qarşılandığını görürük:

“Azərbaycan vətəndaşlarının, o cümlədən 700 mindən artıq insanı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının üzvlərinin bu məsələ ilə əlaqədar fərdi münasibət bildirmələri də təbiidir.

Bu, Fransa rəsmilərinin də siyasi leksikonunu bəzəyən “demokratik” dəyərlərə, o cümlədən söz və fikir azadlığına tamamilə uyğundur və hər hansı bir sistemli qara piar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilməz”.

YAP rəsmisi bu saxta ittihamı tirajlayan bəzi KİV nümayəndələrini diqqətli olmağa, media və sosial şəbəkələrdə xəbər paylaşarkən jurnalistikanın dəqiqlik prinsipini əsas götürməyə və dezinformasiya yaymamağa çağırıb.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 505 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 505 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 505 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 505 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 505 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 505 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 505 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 505 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 505 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 505 baxış
Seçilmişlər
icon