Yenə Putinin arxasınca düşən Paşinyan bu dəfə məktub yolladı: məktubda nə yazılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Rusiya Prezidenti Vladimir Putinə zəng edib, lakin Kremldə onun zənginə cavab verilməyib.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Qəzet yazır ki, bunun ardınca Paşinyan Rusiya liderinə geniş məktub göndərib.
“Mənbələrimizin məlumatına görə, Paşinyan sözügedən bu məktubda hazırda ölkədə Rusiya əleyhinə hökm sürən əhvali-ruhiyyə ilə bağlı özünə haqq qazandırmağa çalışıb. Paşinyan bu proseslərin Rusiyaya qarşı olmadığını iddia edib”, – deyə məlumatda bildirilib.
Qeyd olunur ki, Paşinyan bundan sonra Rusiyaya qarşı mövqeyini yumşaltmağa çalışıb. Məlumatda həmçinin Paşinyanın sentyabrın 9-u ABŞ dövlət katibi Entoni Blinken, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, İran Prezidenti İbrahim Rəisi və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə telefon danışığı apardığı da vurğulanıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
