Zakir Həsənov İsrail müdafiə naziri ilə görüşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan İsrailin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Zakir Həsənov iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını bildirib.
İsrailin müdafiə naziri kimi Azərbaycana ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Qallant əlaqələrin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.
Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Azərbaycanla İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
#Yoav Qallant teqi istifadə olunub
- Netanyahunun aqibəti necə olacaq? - Gündəmi silkələyən açıqlama - Baku TV
- Haqqında həbs qərarı çıxarılan Netanyahu və Qalant məhkəmədən narazıdır
- İkili standartların daha bir örnəyi | Sarkisyan barədə hələ də ədalətli qərar verilməyib...
- Beynəlxalq Cinayət Məhkəməsi qərar verdi | Elə şeylər açıqlandı ki...
- İsrailin əsas hədəfi bilindi | Bu, Netanyahuya baha başa gələcək?
