Pleyeri seçin:

Zatulin etirafdan sonra “hədə-qorxu”ya keçdi | Anlamaq lazımdır ki, Azərbaycan…

08 fevral 2025 571 baxış

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin AZAL təyyarəsinin Qroznı səmasında vurulduğunu dolayısı ilə etiraf edib.

Bu barədə o, Bakıda “Rus Evi”nin bağlanmasına reaksiyası zamanı yerli mediaya açıqlamasında deyib.

“Artıq çoxlu mürəkkəb sərf olunub, sözlər deyilib ki, Azərbaycan bizim demək olar ki, ən sadiq müttəfiqimizdir. Xüsusilə Ermənistanda baş verənlər fonunda. Amma reallıqla, onların bizə münasibəti ilə üzləşdik. Bütün bunlar guya vurduğumuz təyyarə məsələsi fonunda baş verir.

Rusiya Prezidenti üzr istəyib, ruslar da həlak olub. Rusiyanı demonizasiya etmək istəyi isə Ukrayna dronlarının hücumu zamanı baş verənlərlə bağlıdır.

Hamıya aydındır ki, bu, istənilən halda hava təhlükəsi səbəbindən baş verib. Əminəm ki, biz həlak olanların ailələrinə kömək edirik, istintaq nə baş verdiyini göstərəcək. Amma indi Azərbaycana vacibdir ki, Qərbdəki və Türkiyədəki dostlarına nə qədər prinsipial olduğunu göstərsin.

Düşünmürəm ki, bu, ağıllı siyasətdir, Azərbaycan Rusiyadan heç yerə getməyəcək. Sabah onlar yenə də öz ehtiyacları ilə bağlı bizə müraciət edəcəklər”, – deyə o bildirib.

Bu dolayı etirafdan sonra Zatulin “hədə-qorxuya” da keçib, Moskvanın cavab tədbirləri görməyə hazır olduğunu bildirib:

“Anlamaq lazımdır ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın da bu cür qurumları var, bizim tərəfimizdən cavab tədbirləri görmək doğru olar.

Ölkə hakimiyyəti bizimlə münasibətlərə yalnız öz maraqları prizmasından baxır. Onlar heç vaxt tamhüquqlu müttəfiqimiz olmayıblar, həmişə və indi də regionda Türkiyənin müttəfiqi olaraq qalırlar. Bu o deməkdir ki, Azərbaycan bizə yox, Türkiyəyə yönəlir və bizimlə ittifaq situativ xarakter daşıyır.

Qarabağda müharibəyə, “təxribatlara”, “cinayətlərə”, vurulmuş helikopterə Rusiya göz yummalı olanda tərəfdaşlıq münasibətləri var idi. Boru kəməri marşrutları çəkmək lazım olanda bizi diqqət və qayğı ilə əhatə edirdilər.

Azərbaycan və Ermənistan arasında münaqişə istədikləri kimi başa çatandan sonra isə Azərbaycanın rəhbərliyi Rusiyaya münasibətdə öz xüsusi mövqeyini göstərmək üçün hər hansı bəhanədən istifadə etməyə qərar verdi”.

Qeyd edək ki, hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən Zatulinin həqiqəti bu cür etiraf etməsi Rusiya rəsmilərinin ciddi fakt qarşısında qaldığını bir daha təsdiqləyir.

Banner
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 571 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 571 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 571 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 571 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 571 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 571 baxış
Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV

Siyasət
24 oktyabr 2026 571 baxış
Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV

Siyasət
24 oktyabr 2026 571 baxış
Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Ermənistan ərazisində aşkarlanan qəbiristanlıq keçmişin izlərini qoruyur - Baku TV

Siyasət
24 oktyabr 2026 571 baxış
İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

İkitərəfli münasibətlər hansı prinsiplərlə inkişaf edəcək? | Bağçalıdan tərəfdaşlıq mesajı - Baku TV

Siyasət
23 oktyabr 2026 571 baxış
Seçilmişlər
icon