Zaxarova erməni jurnalistin təxribatçı sualını cavablandırdı | Orada bu ölkənin qanunları işləyir
Yeniliklərdən dərhal xəbərdar olun
“Xankəndi Azərbaycanın ərazisidir və orada bu ölkənin qanunları işləyir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 16-da keçirdiyi brifinqdə deyib.
Erməni jurnalistin guya Azərbaycanın Xankəndidə kütləvi şəkildə yaşayış binalarını, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid yaşayış kvartallarını sökməsi ilə bağlı təxribatçı sualına M.Zaxarova belə cavab verib:
“Anladığım qədər burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir, bu, birincisi. İkincisi isə əgər burada söhbət mədəni abidələrdən gedirsə, bununla məşğul olan beynəlxalq təşkilatlar var, onlara müraciət edilə bilər. UNESCO var, ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bu sual bizə ünvanlanmamalıdır”.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
