Zaxarova Stoltenberqin Cənubi Qafqaza səfərinə reaksiya bildirdi | NATO-nun məqsədi nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO Baş katibinin Cənubi Qafqaza səfəri növbəti dəfə region ölkələrini Şimali Atlantika Alyansının təsir zonasına çəkmək cəhdidir. Bu cəhdlər natoçular, təşkilatın üzvü olan ölkələr tərəfindən individual və sistemli şəkildə edilib. Belə səviyyədə NATO məmurunun baş tutmuş səfəri təsdiq edir ki, bu istiqamətdə fəallıq dəfələrlə artıb”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 20-si keçirdiyi brifinqdə Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən bildirib.
“Problem nədir? Problemin məğzi nədir? Məğzi odur ki, Cənubi Qafqazda problemlər azalıb, deyəsən. Bu, Qərbdə kimi qane edə bilər? Kimin xoşuna gələ bilər? Bu ölkələrin əməkdaşlığı, öz aralarında sülh razılaşmasına yaxınlaşmaları Qərbə dinclik vermir. Bu ölkələrin Rusiya ilə münasibətləri Qərbi qane etmir”, – deyə M.Zaxarova bildirib.
XİN sözçüsü vurğulayıb ki, NATO-nun məqsədi Rusiyanın cənub sərhədləri boyu vəziyyəti gərginləşdirmək və Qafqazda rəsmi Moskvaya qarşı ikinci cəbhə açmaqdır. Xatırladaq ki, Yens Stoltenberq martın 17-də Azərbaycana, bir gün sonra Gürcüstana, martın 19-da isə Ermənistana səfər edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
