Zaxarovadan erməni jurnalistin təxribatçı sualına yerində cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsi sərhəddəki vəziyyətin sabitləşməsinə töhfə verə bilər”.
Bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. O, Qarabağın KTMT-nin məsuliyyət zonasına daxil olmadığını xatırladıb.
“Eyni zamanda KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsinə əhəmiyyətli töhfə verərdi. Top Ermənistanın tərəfindədir”, – deyən Zaxarova yaxın gələcəkdə Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi perspektivlərini qiymətləndirib.
O, ekspertlərin görüşün keçirilməsi istiqamətində çalışdıqlarını vurğulayıb. Eyni zamanda erməni jurnalistin təxribatçı “Qarabağa helikopterlər vasitəsilə yardım çatdırmaq olarmı?” sualına belə cavab verib: “Qarabağa humanitar yardımın çatdırılması məsələsində ayrı-ayrı ölkələr və strukturlar müxtəlif variantlar üzərində işləyir”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
