Zaxarovadan sensasiya | Ermənistan və Rusiyanı ayıra bilməyəcəklər, çünki...
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin onları məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcək. Tarix boyu biz qardaş erməni xalqı ilə dəfələrlə çiyin-çiyinə vermişik və bunu gələcəkdə də etmək niyyətindəyik”.
Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova “RİA Novosti”yə açıqlamasında deyib.
“Obrayenin Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir – dünya ictimaiyyətinin gözündə Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir. Bunun baş verənlərlə heç bir əlaqəsi yoxdur”, – M.Zaxarova bildirib.
Qeyd edək ki, Ermənistan KTMT təlimlərindən imtina edərək, ABŞ ilə birgə hərbi təlimlər keçirib. Eyni zamanda ABŞ-nin hərbi təyyarələri artıq Zvartnotsa enib. Onun daşıdığı texnikaların Zəngəzura yerləşdirildiyi barədə məlumatlar var.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
