Zaxarovadan sülh danışıqları ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 12-də keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, hər iki tərəf buna razılıq verib.
"Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir", – deyə M.Zaxarova bildirib.
Rusiya XİN sözçüsü danışıqların növbəti mərhələsinin hansı tarixdə baş tutacağını isə açıqlamayıb. Bildirib ki, vaxt dəqiqləşdirilən kimi məlumat veriləcək.
Mariya Zaxarova həmçinin aprelin 11-də şərti Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsində Qərbin rolu barədə sualı da cavablandırıb. Bildirib ki, Rusiya Qərb strukturlarının Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyəti gərginləşdirəcəyini demişdi.
"Biz əvvəllər də demişdik ki, regiona başqa oyunçuların, başqa strukturların gəlməsinin (hansılar ki, heç vaxt bu köhnəlmiş münaqişənin nizamlanması ilə məşğul olmayıblar) heç bir səmərəliliyi olmayacaq. Əksinə, bu vəziyyəti gərginləşdirəcək. Bu bizim təxminimiz deyil, təhlilimiz idi", – deyə o vurğulayıb.
#Sülh danışıqları teqi istifadə olunub
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Bakı ilə İrəvan arasında ticarət rəqəmləri | Tehrandan Vaşinqtona 7 günlük təklif - YENİ BİR SƏHƏR
- “Azərbaycana qarşı müharibə başlasa...” | Paşinyan niyə məhz indi sülhə tələsir? - Baku TV
- Barışın qarşısında hansı maneələr var?
- Sülh danışıqları ilə paralel neft masasında hansı plan müzakirə olunur? - Baku TV CANLI
