Zelenskidən Çinə çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
"Baxmut işğal olunsa, Putin bu "qələbə”ni "satacaq" və beynəlxalq dəstək almağa çalışacaq".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Associated Press"ə müsahibəsində deyib. “O bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana, Braziliyaya, Latın Amerikası ölkələrinə satacaq, Latviyaya, Litvaya, Estoniyaya yox. Təbii ki, bu ölkələr hər şeyi başa düşürlər və təhlükəni hiss edirlər, çünki qonşudurlar. Bütün bunlar kiçik addımlarla olacaq. Putin “bir dəqiqə gözləyin, Ukrayna ilə bağlı bir qərarım olacaq” deyəcək. Ardınca başqa addım, daha sonra növbəti addım”, - deyə o qeyd edib.
V.Zelenski Çin liderini Ukraynaya dəvət edib. Ukrayna lideri Si Cinpini görməyə hazır olduğunu bildirib: “Mən onunla danışmaq istəyirəm. Tammiqyaslı müharibədən əvvəl onunla əlaqəm olub, lakin bir ildən artıqdır ki, Çin lideri ilə münasibətim yoxdur və komandalarımızın bu məsələyə nə vaxt çarə tapacağını gözləyirdim”.
V.Zelenski xəbərdarlıq edib ki, ölkəsinin müharibənin bu gərgin mərhələsində itkilər verməsi Ukraynanın mübarizə sürətini riskə ata bilər. "Tərəfdaşlarımız, xüsusən də ABŞ bizə yardımı dayandırsa, Ukrayna müharibəni uduzacaq. Vaşinqtonun qəbul etdiyi siyasi qərarların müharibəyə təsirinə diqqət etmək lazımdır", - deyə Ukrayna Prezidenti qeyd edib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
