Zelenskidən yeni müharibə xəbərdarlığı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Çinlə münasibətlərindən danışıb. O, Çin-Rusiya birliyinin bütün dünya üçün böyük təhlükə olduğunu vurğulayıb.
Volodimir Zelenski Çinin Ukraynanın yanında olduğu məqamları da xatırladıb. Prezident Çin rəhbərliyi ilə daim yaxın təmaslarda olduqlarını və rəsmi Pekindən Rusiyaya dəstək verməmələrini xahiş etdiklərini qeyd edib.
“Ümid edirəm ki, Pekin hökuməti bizimlə uzun müddətli münasibət saxlayacaq, əks halda bəşəriyyəti 3-cü Dünya müharibəsi gözləyir”, - deyə Ukrayna Prezidenti bu barədə Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib. Volodimir Zelenski Ukrayna-Çin münasibətlərinin hər zaman yüksək səviyyədə olduğunu da deyib.
Qeyd edək ki, Çin Rusiya-Ukrayna müharibəsinin başlanğıcından neytral mövqe tutmağa çalışıb. Ancaq zamanla aydın oldu ki, bu məsələdə də qərarları öz maraqlarından çıxış edərək verir.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
