Zəngəzur dəhlizi açılır? - Moskva bu barədə razılığa gəlirsə...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın Azərbaycanla bütün yolların və kommunikasiyaların açılmasına razı olduğunu bildirib.
A.Simonyanın bu açıqlama ilə Zəngəzur dəhlizinə işarə etdiyi sirr deyil, amma buna baxmayaraq, erməni spiker kommunikasiyaya nəzarəti region ölkələrinin deyil, digər ölkə və təşkilatların həyata keçirməsində maraqlı olduqlarını deyib.
Qeyd etmək yerinə düşər ki, Bakı, İrəvan və Moskva arasında əldə olunmuş üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanla Azərbaycan arasında bərpa ediləcək nəqliyyat əlaqəsinə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidməti həyata keçirməlidir. Üstəlik, Ermənistanda dəmir yolu nəqliyyatını da məhz Rusiya idarə edir.
Bəs belə olan halda, A.Simonyan “3-cü dövlətin nəzarəti” və ya “digər təşkilat” deyəndə nəyi nəzərdə tutur?
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
