Pleyeri seçin:

Zəngəzur dəhlizi ilə bağlı müəmmalı gediş | Xamenei və Pezeşkian niyə razılaşa bilmir?

22 avqust 2025 461 baxış

“İran Prezidenti Məsud Pezeşkianla ölkənin Ali Rəhbəri Əli Xamenei arasında Zəngəzur dəhlizinə yanaşmada ziddiyyətlər var”.

Bunu erməni politoloq Benjamin Poqosyan deyib.

Ekspert bildirib ki, avqustun 8-də məsələ ilə bağlı ABŞ-də əldə edilmiş razılaşmaya İran bir neçə fərqli reaksiya verib:

“Məsələn, Ə.Xameneiyə yaxın dairələr və SEPAH daha sərt bəyanatlar verib. M.Pezeşkian və Abbas Ərağçi daha yumşaq bəyanatlar verərək yolun Ermənistanın yurisdiksiyasında olacağını iddia edərək bunun İranın “qırmızı xətlərini” qoruduğuna inanırlar.

Tərəflər arasında bir neçə telefon danışığından sonra M.Pezeşkian İrəvana gəldi. Bildiyimə görə, bu səfər avqustun 8-dən əvvəl planlaşdırılıb, ona görə də bunu Vaşinqtonda baş verən hadisələrin səbəb olduğu hal hesab etmək olmaz.

M.Pezeşkianın açıqlamaları da ikilidir. İranın Ermənistanın ərazi bütövlüyünün qorunduğuna sevindiyini, Tehranın sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğunu desə də, onun mövqeyi tam aydın deyil.

Məsələn, M.Pezeşkian Tehranın Ermənistan-İran sərhədində “üçüncü qüvvələr”in olmasına qarşı olduğunu söyləyəndə konkret nəyi nəzərdə tutduğu anlaşılmır. İran burada hərbi mövcudluğa, yoxsa təhlükəsizliklə bağlı hansısa qüvvələrə, o cümlədən özəl şirkətlərə qarşıdır?

“Tramp yolu” layihəsinin təfərrüatları hələ bilinmir. Amma amerikalıların orada müəyyən rol oynayacağı bəllidir. Hətta Ermənistanda qeydiyyatdan keçmiş və Ermənistan qanunları əsasında fəaliyyət göstərən ortaq Amerika-Ermənistan şirkəti olsa belə, İranla sərhədə yaxın yerləşməli olan bu yolu idarə etmək üçün müstəsna hüquqlara malik olacaq. Bu isə o deməkdir ki, Ermənistan-İran sərhədində müəyyən qədər Amerika varlığı olacaq. Anladığım qədər İranın mövqeyi hələ də bu məsələdə tam aydın deyil”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 461 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 461 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 461 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 461 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 461 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 461 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 461 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 461 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 461 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 461 baxış
Seçilmişlər
icon